Zaqatalada aktiv koronavirus xəstəsi ictimai yerdə saxlanılıb
Tarix: 01-04-2021 10:33 | Bölmə: Cəmiyyət
Zaqatalada aktiv koronavirus xəstəsi ictimai yerdə saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən reydlər zaman aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, vətəndaş Mübariz İbrahimovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq onun yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. Polis əməkdaşları həmin şəxslə profilaktik söhbətlər aparıb və yaşadığı evə geri qaytarılıb.

M.İbrahimov barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq