İstanbulda azərbaycanlı kriminal avtoritet öldürülüb - Hadisə anının videosu
Tarix: 01-04-2021 12:26 | Bölmə: Cəmiyyət
İstanbulda azərbaycanlı kriminal avtoritet öldürülüb

Türkiyədə azərbaycanlılar iştirakı ilə silahlı insident olub.

Hadisə İstanbulun Başakşehir səmtində baş verib.

Azərbaycanlılar və çeçenlərin arasında silahlı qarşıdurma zamanı 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir azərbaycanlı ölüb, biri isə yaralanıb.

Polis artıq araşdırmalara başlayıb, 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, ölən azərbaycanlının kriminal aləmdə “Naxçıvanlı Baba” kimi tanınan peşəkar idmançı olduğu bildirilir. Yaralanan azərbaycanlı isə “Fuad Sumqayıtlı” kimi tanınan Fuad Hacıyevdir.

Hər iki şəxsin mərhum Rövşən Lənkəranskinin yaxın tərəfdarları olduğu bildirilir. Hadisənin kriminal mübahisə nəticəsində baş verdiyi qeyd olunur/APA.



Reyting.az




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq