Nazirlikdən uşaq bağçaları ilə bağlı - Açıqlama
Tarix: 01-04-2021 16:22 | Bölmə: Cəmiyyət
Nazirlikdən uşaq bağçaları ilə bağlı - Açıqlama

Təhsil Nazirliyinin bugünkü qərarında aprelin 5-də yalnız Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkilinin olması məsələsi yer alıb.

Nazirliyin məlumatında məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) bağlanması qeyd olunmayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov “Report”a açıqlamasında uşaq bağçalarının fəaliyyətinin davam etdirəcəyini bildirib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq