TƏBİB rəsmisi: "18 yaşdan yuxarı bütün əhali vaksinasiya olunacaq"
Tarix: 01-04-2021 18:05 | Bölmə: Cəmiyyət
TƏBİB rəsmisi: "18 yaşdan yuxarı bütün əhali vaksinasiya olunacaq"

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, pandemiyanın bitməsi üçün dünya əhalisinin 70 faizi vaksinasiyadan keçməlidir”.

Reyting.az
xəbər verir ki, bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O bildirib ki, bu, elmi rəqəmlərdir: “Biz əvvəlcə əhalimizin 10 faizini vaksinasiya ilə əhatə edən müqaviləni GAVİ təşkilatı ilə bağlamışdıq. Sonra əhalimizin daha 10 faizini əhatə edə biləcək 4 milyon doza vaksini Türkiyə vasitəsilə Çindən almaqla bağlı müqavilə imzaladıq. Hazırda bu proses gedir. Bu gün yeni 5 milyon dozalıq müqaviləyə əsasən, Azərbaycana Çindən 500 min doza “Coronovac” peyvəndi gətirildi. Bununla da Çindən alacağımız vaksinlərin sayı 9 milyon doza olacaq. Bundan başqa GAVI-dən gələnlər də olacaq. "Sputnik V" vaksinin isə nə vaxt gələcəyi hələ bilinmir. 18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq