Qasımovda avtomat silah və narkotik aşkarlanıb
Tarix: 02-04-2021 00:05 | Bölmə: Cəmiyyət
Qasımovda avtomat silah və narkotik aşkarlanıb

Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupundan Reyting.az-a verilən məlumata görə, Bakı şəhər sakini Akşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində yaxalanıb.

Hal şahidlərinin iştirakı ilə A. Qasımovun üzərinə baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb.

A. Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib. Həmin əraziyə baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq