Ombudsman: “Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır”
Tarix: 02-04-2021 12:08 | Bölmə: Cəmiyyət
Ombudsman: “Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır”

“Pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb. Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır”.

Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

O bildirib ki, kənd yerlərində bir sıra hallarda internetin olmaması, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur:

“Bu probemlərin aradan qaldırılması üçün müvafiq tədbrlər görülməlidir”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq