Nazirlik qazilərə müraciət edib
Tarix: 02-04-2021 12:36 | Bölmə: Cəmiyyət
Nazirlik qazilərə müraciət edib

“Hərbi əməliyyatlar zamanı hər hansı zədə alanlar, yaxud xəstəlik tapanlar, eləcə də yaralananlar ilk növbədə hərbi həkim komissiyasının şəhadətnaməsini əldə edərək səhiyyə müəssisəsinə müraciət etməlidirlər”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov “Sosial saat”da deyib.

O qeyd edib ki, səhiyyə müəssisəsi dərhal qaziyə forma 88 tərtib edərək agentliyin alt-sisteminə göndərir: “Sənəd elektron sistemə göndərildikdən sonra üç gün ərzində qazilərimiz təyinat alır. Burada müştərək işin nəticəsi olaraq həm foto, həm video çəkiliş, həm də ümumi məlumatlar komissiya tərəfindən araşdırılır. Bir çox hallarda vətəndaşda ilk baxışda gözəçarpmayan, lakin tibbi baxımdan güclü zərəri olan hallar üzrə əlillik təyinatı məsələsi elektron sistem vasitəsi ilə müzakirə olunur”.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq