23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Oqtay Şirəliyev BMT rəsmisi ilə görüşüb
Tarix: 02-04-2021 15:16 | Bölmə: Cəmiyyət
Oqtay Şirəliyev BMT rəsmisi ilə görüşüb

Səhiyyə naziri Oqtay Şirəliyev BMT-nin Uşaq Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb.

Səhiyyə Nazirliyindən Reyting.az-a verilən məlumata görə, 2021-2025-ci illər üzrə ölkə Əməkdaşlıq Proqramının BMT-nin Uşaq Fondunun İcraiyyə Şurasında təsdiqlənməsi bildirilib. Eləcə də 2021-ci il üzrə prioritet əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib.

Belə ki, ana və uşaq sağlamlığının gücləndirilməsi, səhiyyədə informasiya sistemlərinin gücləndirilməsi, COVID-19 qlobal pandemiya ilə bağlı uğurlu fəaliyyətlərin dəstəklənməsi, uşaqlarda inkişaf problemləri və erkən müdaxilə xidmətlərinin tətbiqi, eləcə də sektorlararası fəaliyyətin əlaqələndirilməsi barəsində müzakirələr aparılıb.




Bölməyə aid digər xəbərlər