Azərbaycanda səyyar briqadalar vasitəsilə vaksinasiyaya başlanılıb
Tarix: 02-04-2021 16:57 | Bölmə: Cəmiyyət
Azərbaycanda səyyar briqadalar vasitəsilə vaksinasiyaya başlanılıb

Bu gündən dövlət qurumlarının müraciətləri əsasında sıxlıq olmaması üçün səyyar qruplar yerində vaksinasiyaya edir.

Bunu TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Müraciətlərlə İş Departamentinin rəhbəri Aygün Əliyeva bildirib.

O qeyd edib ki, bu prosesə ilk olaraq 1 saylı “ASAN xidmət”də başlanılıb.

Daha sonra müraciətlər əsasında “ASAN xidmət”in digər filialları, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” və digər dövlət qurumlarında da səyyar vaksinasiya həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq