Xəzər Universitetinin sahiblərindən biri dünyasını dəyişib
Tarix: 03-04-2021 11:01 | Bölmə: Cəmiyyət
Xəzər Universitetinin sahiblərindən biri dünyasını dəyişib

Xəzər Universitetinin və Dünya Məktəbinin həmtəsisçisi Nailə İsayeva vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli məlumat verib.

Onun sözlərinə görə, N. İsayeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Təxminən 20 gün öncə əməliyyat olunsa da, sonradan vəziyyəti pisləşib və bu gün səhərə yaxın vəfat edib.

74 yaşlı N. İsayeva Xəzər Universitetinin həmtəsisçisi və rəhbəri Hamlet İsaxanlının həyat yoldaşı idi.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq