Nazir: "Yoluxma azalan kimi ənənəvi təhsilə keçməyin tərəfdarıyıq"
Tarix: 03-04-2021 16:58 | Bölmə: Cəmiyyət
Nazir: "Yoluxma azalan kimi ənənəvi təhsilə keçməyin tərəfdarıyıq"

"Yoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq".

Reyting.az
xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

Nazir əlavə edib ki, bölgələrdə məktəblərin niyə bağlanmadığı ilə bağlı suallar var. Onun sözlərinə görə, bir çox rayonlarda gündəlik yoluxma 3-4-5 olur: “Ona görə bu ərazilərdə kütləvi yoluxmalara gedilməsi düzgün bilinmədi. Ənənəvi qaydada öyrənmək ən vacibidir. Müəllimlər də böyük risklərlə üz-üzə qalır, amma onlar şagirdlərin öyrənməsi üçün çalışırlar. Onların əksəriyyəti də şagirdlərə üz-üzə dərs keçməyin tərəfdarıdır. Təbii ki, statistika izlənir, ayrı-ayrı yerlərdə risk olarsa, distant təhsilə keçiləcək”. 

Nazir bildirib ki, yYoluxma sayı azalan anda dərhal ənənəvi təhsilə keçməyin tərəfdarıyıq. 




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq