23:03 / 12-07-2025
Əliyev Ərdoğana zəng edib
Türkiyədə Polad Həşimovun adını daşıyan park olacaq
Tarix: 03-04-2021 17:48 | Bölmə: Cəmiyyət
Türkiyədə Polad Həşimovun adını daşıyan park olacaq

Türkiyənin İzmit şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını daşıyan park açılacaq.

Bu barədə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar məlumat verib.

Bilal Dündar bildirib ki, sözügedən parkda şəhid Polad Həşimovun abidəsi də ucaldılacaq.

Onun sözlərinə görə, sözügedən parkın açılması ilə bağlı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası olaraq İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyetlə aparılan danışıqlar zamanı razılıq əldə olunub.

Bilal Dündar yaxın vaxtlarda sözügedən parkın açılış mərasiminin keçiriləcəyini söyləyib.




Bölməyə aid digər xəbərlər