Daha bir toy mərasimi yarımçıq dayandırılıb
Tarix: 03-04-2021 18:00 | Bölmə: Cəmiyyət
Daha bir toy mərasimi yarımçıq dayandırılıb

Gədəbəydə toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinə (RPŞ) rayonun Hacıələkbərli kəndində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb.

Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 5 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq