Azərbaycandan 100 min “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlanıb
Tarix: 04-04-2021 00:07 | Bölmə: Cəmiyyət
Azərbaycandan 100 min “Facebook” istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Haker forumunda “Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları yerləşdirilib.

Reyting.az
bildirir ki, bu barədə “Business Insider” nəşri xəbər yayıb.

Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yaşayış yerləri, doğum tarixləri, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları yayılıb.

Hudson Rock şirkətinin texniki direktoru Alon Gal tərəfindən “Tvitter” səhifəsində dərc edilən ekran görüntülərində Azərbaycandan da təxminən 100 min istifadəçinin məlumatı yer alıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.(Virtualaz.org)





Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq