10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Məşhur YAP-çı xanım və bacısı həbs edilib - Yenilənib
Tarix: 05-11-2021 15:48 | Bölmə: Cəmiyyət / Xəbərlər
Məşhur YAP-çı xanım və bacısı həbs edilib

Binəqədi qəsəbə bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İlkin məlumata görə, səbəb dələduzluqdur.

Reyting.az
unikal.org-a istinadla xəbər verir ki, artıq məhkəmə Aytac Əliyeva barəsində həbs qərarı verib.

Xatrladaq ki, Xaləddin İsgəndərov Binəqədi rayonunda icra başçısı olduğu dövrdə Aytac Əliyeva bələdiyyə sədri vəzifəsində çalışıb.

Aytac Əliyeva ilə yanaşı onun bacısı İlknur Əliyevanın da həbs olunduğu bildirilir. İlkin məlumata görə, onlar qızıl alveri ilə məşğul olublar və bir neçə nəfərə qarşı dələduzluq ediblər.

***

Bakının Binəqədi bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın həbsinin təfərrüatları məlum olub.

Məlumata görə, Aytac Əliyeva 2020-2021-ci illərdə bacısı İlknur Turkutla əlbir olaraq külli miqdarda dələduzluq edib.

Belə ki, A. Əliyeva bacısı ilə birlikdə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq adı ilə vətəndaşları aldadaraq bir vətəndaşın 200 min manatını, digər vətəndaşın isə 189 min manatını dələduzluq yolu ilə mənimsəyib.

Bununla yanaşı, Aytac Əliyeva vətəndaşı aldadaraq ona Binəqədi bələdiyyəsi adından torpaq ayrılmasına dair saxta sənəd hazırlayaraq satıb.

Faktla bağlı daxil olan məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində cinayət işi başlanıb, Aytac Əliyevaya Cinayət Məcəlləsinin 178.2.3-cu və 320.1-ci, bacısı barədə isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintasq davam etdirilir, onların vətəndaşların külli miqdarda vəsaitlərini ələ keçirmələri ilə bağlı şikayətlər daxil olmaqdadır.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Qeyd edək ki, A. Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər