Baş infeksionist: “Omikron tez yayılır, çox yoluxdurur, amma…”
Tarix: 14-01-2022 18:47 | Bölmə: Cəmiyyət
Baş infeksionist: “Omikron tez yayılır, çox yoluxdurur, amma…”

Rusiya Səhiyyə Nazirliyinin baş infeksionisti Vladimir Çulanov “RİA Novosti”yə açıqlamasında bildirib ki koronavirusun “omikron” ştammının yoluxma sürəti digərlərindən böyükdür.

“Omikron” ştammının koronavirusun başqa növlərindən kəskin fərqləndiyini söyləyən həkim Çulanov bu virusun çevik yayılma və daha çox insanı yoluxdurma qabiliyyətinə malik olduğuna diqqət çəkib. Onun sözlərinə görə, “omikron” xəstələrinin müalicəsinin qısa müddət sürə biləcəyini, amma səhiyyə sisteminin bu ştamma yoluxanlarla yüklənəcəyini istisna etmir: “Hətta bu ştammın zəiflədiyi ilə bağlı gözlənilən bəyanatlara baxmayaraq, təhlükə davam edəcək”.

Baş infeksionist sürətlə yayılan yeni ştammla bağlı təhlükəni ciddiyə almağı məsləhət görüb və altı aydan sonra koronavirusa qarşı təkrar peyvəndlənmənin zəruriliyini bir daha xatırladıb: “Yalnız bununla xəstəliyin ağır keçmə riskini azaltmaq mümkündür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}