Tender elanı: aqro-pikniklərin təşkili üçün tapşırıq
Tarix: 02-04-2021 11:18 | Bölmə: Cəmiyyət
Tender elanı: aqro-pikniklərin təşkili üçün tapşırıq

Tender Elanı

Aqro-Pikniklərin Təşkili Üçün Tapşırıq

Elan: Aqro-Pikniklərin Təşkili

Layihə: Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı

Tapşırıq: Aqro-Pikniklərin Təşkili

Layihə haqqında

“Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən Avropa Birliyinin Bakı nümayəndəliyinin maliyyə dəstəyi ilə icra olunmaqdadır.

Tapşırıq:

Aqro-Pikniklərin Təşkili

Texniki Göstəricilər:

Aqro-Pikniklərin Təşkili aşağıdakl texniki göstəricilərə cavab verməlidir:

- Piknikdə iştirak edən fermerlər üçün xüsusi stendlerin təqdim olunması;

- Fermerlərin stendləri arasında məsafənin gözlənilməsi və keçid imkanlarının gözlənilməsi;

- Müasir standartlara uyğun dizayn verilməsi;

- İşıqlandırma və lazım olarsa havalandırma sisteminin təmini.

Tenderdə iştirak etmək üçün tələblər:

- Bu sahədə təcrübəyə malik olduğunu nümayiş etdirən arayış;

- VEÖN-nin və Nizamnamənin surəti (Hüquqi şəxslər üçün);

- Tədbirlərin keçirilməsi ilə bağlı smeta təklifi

Müraciət:

Maraqlanan hüquqi və fiziki şəxslər öz təkliflərini [email protected] email ünvanına 01 May 2021-ci ilədək təqdim edə bilərlər.

Layihə Avropa İttifaqı Tərəfindən Maliyyələşdirilir




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq