Qətldə təqsirləndirilən 4 erməni saxlanılıb
Tarix: 07-08-2023 20:29 | Bölmə: Dünya
Qətldə təqsirləndirilən 4 erməni saxlanılıb

Rusiya Federasiyasının Krasnodar diyarının Tuapse şəhərində Dederköy kəndi yaxınlığında çay sahilində iki nəfəri öldürməkdə təqsirli bilinən 19-36 yaşlarında olan 4 yerli sakin saxlanılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, saxlanılanlar bir qrup şəxs tərəfindən iki nəfəri qətlə yetirməkdə ittiham olunurlar.

Həbsdən əvvəl Daxili İşlər Nazirliyi şübhəlilərin kimliyini açıqlayıb. Onların arasında 27 yaşlı Artem Türkmenyan və Albert Ekzaryan, 36 yaşlı Vartan Tulumcyan və 19 yaşlı Karen Ustyan da var.

Müstəntiqlərin sözlərinə görə, davadan bir qədər əvvəl sonradan öldürülənlərdən biri ilə Ustyan arasında münaqişə yaranıb.

“Mediazon”a xəbər verir ki, avqustun 5-də gənc oğlan tanışları ilə birlikdə Dederköydə rəqibi ilə qarşılaşıb, nəticədə 19 yaşlı Krasnodar sakininin tanışları ilə qarşı tərəfdən olan 3 nəfər arasında dava düşüb.

Nəticədə 37 və 41 yaşlı kişilər aldıqları xəsarətlərdən ölüb, 20 yaşlı gənc yaralanaraq, xəstəxanaya aparılıb.

Öldürülənlərin şəxsiyyəti barədə məlumat verilmir. Eyni zamanda, 93.RU mənbəsi onlardan birinin “Vagner” PMC-nin muzdlu əsgəri olduğunu iddia edir.

Həmçinin, “Kanal 24” öldürülən şəxslərin “Vaqner”çilər olduğunu bildirir.

ELÇİN





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər