16:53 / 21-05-2024
Ruslar hücuma hazırlaşır
14:49 / 21-05-2024
"Mercedes" "Tesla"-ya uduzur
Rusiya avtomobillərinin Latviyaya girişi qadağan olunub
Tarix: 12-09-2023 22:14 | Bölmə: Dünya
Rusiya avtomobillərinin Latviyaya girişi qadağan olunub

Latviya Rusiya dövlət nömrə nişanlı avtomobil sürücülərinə Avropa İttifaqına (Aİ) girişi qadağan edib. Reyting.az xəbər verir ki, bu barədə “Delfi” ölkənin Dövlət Gəlirləri Xidmətinə (DSX) istinadla məlumat yayıb.

Qeyd olunur ki, Avropa Komissiyasının yeni tövsiyələrinə uyğun olaraq, Rusiya avtomobillərinin Latviya-Rusiya və Latviya-Belarus sərhəd məntəqələrindən Avropa İttifaqına daxil olmasına icazə verilmir. Nəqliyyat vasitələrinin sürücülərindən Rusiya və ya Belarusa qayıtmaları tələb olunacaq və onlar bu tələbi yerinə yetirməkdən imtina edərlərsə, nəqliyyat vasitəsinin müsadirəsi barədə qərar qüvvəyə minəcək.

Bildirilir ki, Avropadan Rusiyaya avtomobillə qayıtmaq bir şərtlə - onun məhsul kimi bəyan edilməməsi və yalnız nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəticəsində mümkün olacaq.

Bundan əvvəl Litva Avropa Komissiyasının yeni tövsiyəsinə uyğun olaraq ölkəyə daxil olan Rusiya avtomobillərini müsadirə etməyi planlaşdırdığını açıqlamışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}