14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Şoyqu Qafqazdakı hadisələri iranlılarla müzakirə edib
Tarix: 20-09-2023 16:26 | Bölmə: Dünya
Şoyqu Qafqazdakı hadisələri iranlılarla müzakirə edib

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədian Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb. Tərəflər iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Reyting.az
xəbər verir ki, görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər, xüsusilə Qafqaz regionunda baş verən hadisələr də müzakirə edilib.

Tehranla Moskva arasında hərtərəfli münasibətlərin genişləndiyini və mütəşəkkil terrorizmə qarşı qətiyyətli mübarizəni vurğulayan Əhmədian və Şoyqu regiondan kənar ölkələrin müdaxiləsini regionda təhlükəsizliyin və qeyri-sabitliyin əsas səbəbi adlandırıblar.

Onlar xarici müdaxiləyə son qoymağın təsirli bir yolu olaraq kollektiv təhlükəsizliyə nail olmaq üçün regional əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Xatırladaq ki, Şoyqu çərşənbə axşamı Tehrana İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqerinin rəsmi dəvəti ilə gəlib.

Görüşün sonunda Baqeri bildirib ki, Tehran və Moskva Yaxın gələcəkdə hərbi əməkdaşlıq haqqında uzunmüddətli sazişin hazırlanması üzərində işləyirlər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}