20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər
Tarix: 29-09-2023 18:50 | Bölmə: Dünya
Ukraynalı diversantlar Rusiya ərazisinə daxil olmağa cəhd ediblər

Ukraynalı diversantlar piyadaların döyüş maşınlarında (BMP) Bryansk vilayətində Rusiya ərazisinə soxulmağa cəhd ediblər. Reyting.az xəbər verir ki, bu barədə “Shot Telegram” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, sərhədçilər Klimovski rayonunun Luqovoy kəndi yaxınlığında Snov çayı ərazisində təxribat-kəşfiyyat qrupu aşkar ediblər. Mənbənin sözlərinə görə, qrupda “Kalaşnikov” avtomatı ilə silahlanmış 10-a yaxın diversant olub.

Təxribatçıların geri qayıtdığı, bəzilərinin yaralandığı bildirilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər