Bayden jurnalistin sualına cavab verməkdən yayınıb
Tarix: 19-10-2023 11:56 | Bölmə: Dünya
Bayden jurnalistin sualına cavab verməkdən yayınıb

ABŞ prezidenti Co Bayden İsrailin müharibə qanunlarına uyğun hərəkət edib-etməməsi ilə bağlı suala cavab verməkdən yayınıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, İsraildən geri qayıdarkən təyyarədə mətbuata açıqlama verən Bayden bir çox suallları cavablandırıb.

O, jurnalistlərdən birinin "Sizcə, İsrail müharibə qanunlarına uyğun hərəkət edirmi?" sualına belə cavab verib: “Sizinlə danışmaq xoş idi”.

Bayden bundan sonra mətbuat mənsubları ilə görüşü yekunlaşdırıb.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}