Rusiya yük maşınlarının ölkəyə girişinə qadağanın müddətini uzadıb
Tarix: 25-12-2023 10:12 | Bölmə: Dünya
Rusiya yük maşınlarının ölkəyə girişinə qadağanın müddətini uzadıb

Rusiya hökuməti Avropa İttifaqı, Böyük Britaniya, Norveç və Ukraynadan gələn yük maşınlarının Rusiyaya girişinə qoyulan qadağanın müddətini uzadıb.

Reyting.az
Rusiya Nazirlər Kabinetinin Telegram kanalına istinadla bildirir ki, məhdudiyyət onun tətbiqi üçün əsas olmuş hallar aradan qaldırılana qədər qüvvədə qalacaq.

Xatırladaq ki, qadağa 2022-ci ildə Avropa İttifaqının (Aİ) Rusiya və Belarus nömrəli yük maşınlarının buraxılmaması qərarına cavab olaraq tətbiq edilib.

Məlumata görə, qadağa ilə bağlı istisna da var: poçt göndərişlərinin, diplomatik poçtun və humanitar yardımların daşınmasına əvvəlki kimi icazə veriləcək. Bundan əlavə, məhdudiyyət "idman yarışlarının keçirildiyi ərazilərə avadanlıq və idman avtomobillərinin daşınması üçün texniki dəstək maşınlarının keçidi"nə də şamil edilməyəcək.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}