Vəliəhd “G7”-lərin sammitinə getməyəcək
Tarix: 13-06-2024 08:10 | Bölmə: Dünya
Vəliəhd “G7”-lərin sammitinə getməyəcək

Səudiyyə Ərəbistanının vəliəhdi Romada keçiriləcək “G7”-lərin sammitində iştirak etməyəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “SPA” agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanının baş naziri və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud İtaliyada keçiriləcək “böyük yeddilər”in sammitində iştirak etməyəcək.

Nəşr onu da qeyd edib ki, Əl Səud “G7” sammitinə aldığı dəvətə görə İtaliyanın baş naziri Corciya Meloniyə təşəkkür teleqramı göndərib.

ELÇİN




Bölməyə aid digər xəbərlər