Trampa sui-qəsdə cəhd edən şəxsin saxlanma anı... - Video
Tarix: 17-09-2024 09:07 | Bölmə: Dünya
Trampa sui-qəsdə cəhd edən şəxsin saxlanma anı... - Video

ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsdə cəhd etməkdə şübhəli bilinən şəxsin nəzarətə götürüldüyü anın görüntüləri yayılıb.

Reyting.az
xəbər verir ki, dünən gecə Floridada Trampın qolf meydançası ətrafında atışma səsləri eşidildikdən 24 saat keçməmiş, şübhəli şəxs nəzarətə götürülüb.

Kadrlardan Trampı silahla hədəfə aldığı iddia olunan 58 yaşlı Ryan Vesley Routun səlahiyyətlilərin göstərişlərinə tabe olduğu və insidentsiz təslim olduğu görünür.

Görüntülərə görə, köynəyini başına çəkərək geriyə doğru gedən Rout polis tərəfindən qandallanıb və avtomobilə tərəf aparılıb.

Bu gün hakim qarşısına çıxarılan Routa qarşı iki ayrı ittiham irəli sürülüb: “odlu silah saxlamaq” və “seriya nömrəsi silinmiş odlu silah saxlamaq”.

Daha əvvəl başqa cinayətlərdə də mühakimə olunduğu bildirilən şübhəliyə qarşı istintaq davam edir.

Video: My Webpage

V. QULİYEV




Bölməyə aid digər xəbərlər