Kəşfiyyat rəhbəri kritik vəziyyətdədir
Tarix: 11-10-2024 16:45 | Bölmə: Dünya
Kəşfiyyat rəhbəri kritik vəziyyətdədir

“Hizbullah” təşkilatının kəşfiyyat rəhbəri Vafiq Səfa cümə axşamı Beyrutun mərkəzində İsrail hava hücumu nəticəsində ağır yaralanıb.

Reyting.az
xəbər verir ki, “Sky News Arabia”-nın istinad etdiyi tibbi mənbələrinin məlumatına görə, xüsusi xidmət rəisinin vəziyyəti ağırdır.

Vafiq Səfa sentyabrın 27-də öldürülən “Hizbullah” rahbəri Şeyx Həsən Nəsrullaha yaxın şəxs olub. O, Livan daxilində və xaricində mühüm vasitəçilik missiyaları həyata keçirib. 2019-cu ildə ABŞ Maliyyə Nazirliyi Səfanı silah və narkotik qaçaqmalçılığı ilə məşğul olmaq iddiası ilə “qara siyahı”ya salıb.

Onu da qeyd edək ki, oktyabrın 10-da “Al Mayadeen” telekanalı şiə təşkilatındakı mənbəyə istinadla xəbər vermişdi ki, kəşfiyyat xidmətinin rəhbəri İsrailin hücumundan sağ qalıb. Onun məlumatına görə, “Vafiq Səfaya sui-qəsd uğursuz olub”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər