ABŞ-da seçkilər: Tramp Harrisi üstələyir?
Tarix: 15-10-2024 17:06 | Bölmə: Dünya
ABŞ-da seçkilər: Tramp Harrisi üstələyir?

Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Tramp yelləncək adlanan ştatlardakı erkən səsvermədə vitse-prezident Kamala Harrisdən öndədir.

Reyting.az
xəbər verir ki, Harvard CAPS/Harris sorğusu əsas ştatlarda erkən seçicilərin 48 faizi namizəd kimi Trampı seçdiyini göstərib. 47 faiz Trampın demokrat rəqibi Harrisi dəstəkləyib. Daha 5 faiz respondent isə başqa variant seçdiyini və ya hələ səs vermədiyini bildirib.

Bununla belə, vitse-prezident bütün ölkə üzrə erkən seçicilər arasında 8 faiz bəndi irəliləyərək, səslərin 51 faizini, Tramp isə 43 faizini alır.

Ümumilikdə seçicilərin 45 faizi vaxtından əvvəl səs verəcəklərini, daha 50 faizi isə səsvermə günü - noyabrın 5-də səs verməyi planlaşdırdığını bildirib.

Bundan əlavə, sorğular göstərir ki, Ağ ev uğrunda mübarizə Miçiqan, Viskonsin, Arizona, Pensilvaniya və digər yerlərdə demək olar ki, bərabər şəkildə gedir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər