15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Fransa parlamenti hökuməti istefaya göndərib
Tarix: 04-12-2024 23:54 | Bölmə: Dünya
Fransa parlamenti hökuməti istefaya göndərib

Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq haqqında qətnamə qəbul edib.

Bu barədə BFMTV kanalı məlumat yayıb.

Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib.

Milli Assambleyanın sədri Yael Bron-Pive bildirib ki, Fransa Konstitusiyasına uyğun olaraq Mişel Barnye istefa ərizəsini ölkə prezidentinə təqdim etməli olacaq.

Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım idi.

Telekanal qeyd edib ki, 1962-ci ildən bəri ilk dəfə Fransa Baş naziri istefaya getməyə məcbur olacaq.




Bölməyə aid digər xəbərlər