Prezident ABŞ və Avropadan hərbi dəstək istəyir
Tarix: 19-03-2025 15:15 | Bölmə: Dünya
Prezident ABŞ və Avropadan hərbi dəstək istəyir

Ekvador prezidenti Daniel Noboa ölkədə artan mafiya problemi ilə mübarizə üçün ABŞ, Braziliya və Avropadan hərbi yardım istəyib.

Reyting.az
xəbər verir ki, prezident dünyadakı kokainin 70 faizinin Ekvadordan gəldiyini bildirib.

Noboa eyni zamanda ABŞ prezidenti Donald Trampı Ekvador quldur dəstələrini “terror təşkilatı” kimi tanımağa çağırıb.

“Ekvadorun “beynəlxalq narko-terror qrupları” adlandırdığı qruplarla mübarizə aparmaq üçün daha çox əsgərə ehtiyacı var”, - deyən prezident əlavə edib ki, dünyadakı kokainin 70 faizi Ekvadordan gəlir.

Noboa əlavə edib ki, ölkədə seçkilərdən əvvəl zorakılığın artması normaldır, lakin Ekvador bu problemi təkbaşına həll edə bilməz.

Qeyd edək ki, Cənubi Amerika ölkəsi Ekvador son illərdə narkotik mafiyalarının artan zorakılıq dalğası ilə mübarizə aparır. Sürətlə artan qətl, qəsb, təhdid, qaçırma və siyasi partiya namizədlərinin hədəfə alınması Ekvadorda həlli vacib olan əsas problemlərdəndir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər