Cümə axşamı, 17 aprel 2025, 13:45:33  
15:03 / 17-04-2025
ARDNF-in aktivləri artıb
Tramp: İran böyük təhlükə ilə üz-üzə qala bilər
Tarix: 08-04-2025 18:02 | Bölmə: Dünya
Tramp: İran böyük təhlükə ilə üz-üzə qala bilər

“Vaşinqtonla Tehran arasında danışıqların mümkün uğursuzluğu İran üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq və ölkə özünü böyük təhlükə ilə üz-üzə qoyacaq”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni açıqlamasında deyib.

Bundan əvvəl isə Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Tramp “İranın nüvə silahı ola bilməz. Danışıqlar müvəffəqiyyətli olmasa, İran üçün çox pis gün başlayacaq”, - ifadəsini işlədib.

Amerika lideri onun sözlərini ABŞ-nın İslam Respublikasına zərbə endirməyə hazırlığının təsdiqi hesab edib-etməməsi ilə bağlı aydınlaşdırıcı suala cavab verməyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər