İsrail ordusu SEPAH-a bağlı şəxsləri saxlayıb
Tarix: 07-07-2025 12:13 | Bölmə: Dünya
İsrail ordusu SEPAH-a bağlı şəxsləri saxlayıb

İsrail ordusu İran İnqilab Keşikçiləri Qvardiyasına (SEPAH) bağlı olduğu iddia edilən bəzi şəxsləri saxlayıb.

Reyting.az
-ın xəbərinə görə, İsrail ordusunun yazılı açıqlamasında qeyd olunur ki, İsrail əsgərləri gecə saatlarında Suriyanın cənubundakı Kavdana bölgəsinə basqın ediblər.

Basqında SEPAH-ın Qüds birləşməsinə bağlı olduğu yerlər hədəfə alınıb.

Qeyd olunur ki, basqın zamanı Qüds qüvvələri ilə əlaqəsi olan şəxsləri saxlanılıb.

Saxlanılanların sayı və onların hara aparılmaları barədə məlumat verilmir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər