Rusiya Odessaya hücum edib, ölən və yaralılar var
Tarix: 23-02-2026 11:51 | Bölmə: Dünya

Rusiya Odessaya hücum edib, ölən və yaralılar var

Rusiya ordusu Odessa bölgəsinə dronlarla hücum edib, sənaye, enerji və mülki infrastruktur obyektlərinə zərbələr endirib.

Reyting.az xəbər verir ki, zərbələr nəticəsində iki nəfər həlak olub.

Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiperin sözlərinə görə, hücum nəticəsində sənaye və anbar obyektlərinə, inzibati binalara, avtomobil salonuna və nəqliyyat vasitələrinə ziyan dəyib. Xilasedicilər baş verən yanğınları tez bir zamanda söndürüblər.

“Təəssüf ki, iki nəfər həlak olub, üç nəfər yaralanıb”, - Kiper vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, dronlardan biri partlamadan çoxmərtəbəli binadakı mənzilə dəyib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər