Rusiya iki gündür Ukraynanın qaz infrastrukturunu vurur
Tarix: 25-02-2026 18:05 | Bölmə: Dünya

Rusiya iki gündür Ukraynanın qaz infrastrukturunu vurur

Rus ordusu Ukraynanın Xarkov və Çerniqov vilayətlərindəki Naftogazşirkətinin obyektlərinə ardıcıl ikinci gündür hücum edir.

Reyting.az-ın məlumatına görə, bu barədə şirkətin İdarə Heyətinin sədri Sergey Koretski Facebook-da yazıb.

Onun sözlərinə görə, ruslar təxminən 60 hücum dronundan istifadə edib.

"Təhlükəsizlik vəziyyəti imkan verən kimi şirkət mütəxəssisləri Dövlət Fövqəladə Hallar Xidməti ilə birlikdə nəticələri qiymətləndirəcək və cavab tədbirlərinə başlayacaqlar", - deyə “Naftogaz-ın baş direktoru əlavə edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər