Kiyev xəstəxanalara və siyasi mərkəzlərə hücumlara etiraz edib
Tarix: 25-02-2026 08:47 | Bölmə: Dünya

Kiyev xəstəxanalara və siyasi mərkəzlərə hücumlara etiraz edib

Hərbi əməliyyatlar zamanı elə sərhədlər var ki, onları heç bir halda keçmək olmaz.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Kirill Budanov “RBC-Ukrayna”-ya müsahibəsində bildirib.

O qeyd edib ki, silahlı qarşıdurma zamanı belə qaydalara riayət edilməlidir.

K. Budanov belə obyektlər arasında xəstəxanaların, doğum evlərinin, tarix-mədəniyyət abidələrinin, mülki şəxslərin adlarını çəkib və Rusiya ordusunun belə obyektlərə hücumlarını pisləyib.

ELÇİN





Bölməyə aid digər xəbərlər