Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq edir
Tarix: 18-02-2026 13:20 | Bölmə: Dünya

Ukrayna Lukaşenkoya qarşı sanksiyalar tətbiq edir

Ukrayna Belarus lideri Aleksandr Lukaşenkoya qarşı məhdudlaşdırıcı sanksiyalar paketi tətbiq etmək qərarına gəlib.

Reyting.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “Facebook”da bildirib.

“Bu gün Ukrayna Aleksandr Lukaşenkoya qarşı sanksiyalar paketi tətbiq edib və biz onun ukraynalıların qətlinə hər cür kömək etməsinin qarşısını almaq üçün səylərimizi əhəmiyyətli dərəcədə artıracağıq”, - deyə Zelenski qeyd edib.

Prezidentin sözlərinə görə, Ukrayna qlobal təsirə nail olmaq üçün tərəfdaşlarla əməkdaşlıq edəcək.

Zelenskinin izah etdiyi kimi, 2025-ci ilin ikinci yarısında ruslar Belarus ərazisində hücum dronlarını idarə etmək üçün təkrarlayıcılar sistemi yerləşdiriblər və bu da Rusiya ordusunun Kiyevdən Volına qədər Ukraynanın şimal bölgələrinə zərbə endirmək qabiliyyətini artırıb.

“Ruslar Belarusun köməyi olmadan bəzi zərbələri, xüsusən də bölgələrimizdəki enerji obyektlərinə və dəmir yollarına endirə bilməzdilər”,- Zelenski əlavə edib.

ELÇİN





Bölməyə aid digər xəbərlər