İran nüvə təsisatlarını yerin altına köçürür - Foto
Tarix: 20-02-2026 13:10 | Bölmə: Dünya

İran nüvə təsisatlarını yerin altına köçürür

İran Amerikanın mümkün hava hücumuna qarşı müdafiəsini yeraltına köçürməyə başlayıb.

Reyting.az xarici mediaya istinadla bildirir ki, Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu tərəfindən dərc edilən peyk görüntüləri, Tehranın strateji obyektlərini beton bloklar və tonlarla torpaqla möhkəmləndirərək faktiki olaraq görünməz hala gətirdiyini göstərir.

Mütəxəssislərin fikrincə, bu addımın məqsədi ABŞ-nın istifadə edə biləcəyi bunker partladıcı bombaların effektivliyini azaltmaqdır. Bunun nə dərəcədə effektiv olub-olmadığı zamanla üzə çıxacaq.

Bu arada amerikalı senator Varner İranın hərbi imkanlarını qiymətləndirərkən deyib:

“Gizli əməliyyatlar barədə şərh verməyəcəyəm, amma hücumlarımızın təsirli olduğu, lakin nüvə proqramlarını tamamilə məhv etmədiyi barədə açıq fikir birliyi var. Biz həmçinin bilirik ki, İran bu proqramları yenidən qurmağa çalışır”.

ELÇİN





Bölməyə aid digər xəbərlər