Suriyada terror hücumları davam edir
Tarix: 23-02-2026 13:42 | Bölmə: Dünya

Suriyada terror hücumları davam edir

Suriyanın Rakka əyalətinin Tel Abyad rayonunda hərbi nəzarət məntəqəsinə silahlı hücum nəticəsində bir əsgər həlak olub.

Reyting.az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası “Əl-İxbariya” məlumat yayıb.

Həmçinin qeyd olunur ki, Deyr əz-Zor əyalətinin şərqindəki Əl-Bəsirə bölgəsindəki nəzarət məntəqəsinə edilən hücumdan sonra ərazidə axtarış və təmizlik əməliyyatları aparılıb.

21 fevralda Suriyada Rakkanın şimalındakı Əl-Vasita kəndində naməlum şəxslərin hücumu nəticəsində bir əsgər də daxil olmaqla, iki nəfər həlak olub.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər