ABŞ dünyanı daha bir beynəlxalq təşkilatdan çıxmaqla hədələyir
Tarix: 18-02-2026 10:38 | Bölmə: Dünya

ABŞ dünyanı daha bir beynəlxalq təşkilatdan çıxmaqla hədələyir

ABŞ bərpa olunan enerjiyə sadiq qalacağı təqdirdə Beynəlxalq Enerji Agentliyindən (BEA) çıxacaq.

Reyting.az xəbər verir ki, bunu ABŞ-nın Energetika naziri Kris Rayt Fransa Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda bildirib.

"Politico" enerji nazirinin sözlərini sitat gətirərək yazıb: "Əgər məlumat verən agentliklərin əhəmiyyətli hissəsi özlərini bu cür solçu fantaziyalara həsr etsələr, bu, yalnız onların missiyasını təhrif edə bilər".

Rayt qeyd edib ki, ABŞ-a xalis sıfır ssenarisi lazım deyil; bu, gülüncdür və heç vaxt baş verməyəcək.

Onu da xatırladaq ki, ABŞ bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının sıralarını tərk edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər