Kansler Pekindən Ukraynadakı münaqişənin həllinə yardımı xahiş edib
Tarix: 26-02-2026 08:30 | Bölmə: Dünya

Kansler Pekindən Ukraynadakı münaqişənin həllinə yardımı xahiş edib

Almaniya kansleri Fridrix Merz Çin rəhbərliyindən Ukrayna münaqişəsini sona çatdırmaqdan ötrü öz təsirindən hərtətəfli istifadə etməyi xahiş edib.

Reyting.az-ın xarici KİV-ə istinadla verdiyi məlumata görə, F. Merz deyib ki, Çinin səsi bütün dünyada eşidilir və onun qərarları böyük əhəmiyyət kəsb edir. Amma bununla yanaşı, münaqişə tərəflərinin məsuliyyəti məsələsi də gəlir.

Bundan əvvəl Çinin Dövlət sədri Si Cinpin bildirmişdi ki, Ukrayna böhranının həllinin yeganə effektiv yolu diplomatik danışıqlar yolu ilə israrlı şəkildə kompromislər axtarmaqdır.

ELÇİN





Bölməyə aid digər xəbərlər