ABŞ bayrağı altında üzən qayıq kubalılara atəş açıb, ölənlər var
Tarix: 26-02-2026 08:37 | Bölmə: Dünya

ABŞ bayrağı altında üzən qayıq kubalılara atəş açıb, ölənlər var

ABŞ bayrağı altında üzən qayıq Kubanın sahil sularına daxil olaraq mühafizə xidmətinin əməkdaşlarına atəş açıb.

Reyting.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Kuba Daxili İşlər Nazirliyi bildirir ki, insident nəticəsində 4 nəfər həlak olub. Ölənlərin hamısı qayıqda olub. Daha yeddi nəfər yaralanıb.

Mənbənin sözlərinə görə, qayıqdan ona yaxınlaşan Kuba Sahil Mühafizəsinin zabitlərinə atəş açılıb. Bundan sonra sərhədçilər cavab atəşi açmağa məcbur olublar.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər