Müdafiə naziri İranı xəbərdar edir
Tarix: 24-02-2026 13:40 | Bölmə: Dünya

Müdafiə naziri İranı xəbərdar edir

ABŞ Müdafiə naziri Heqset İranla nüvə danışıqlarında “hər şey masadadır”,- deyərək hərbi müdaxilə siqnalı verib.

Reyting.az-ın məlumatına görə, Heqset İranın razılığa gəlməli olduğunu və prezident Donald Trampın da buna üstünlük verdiyini qeyd edib.

Onun sözlərinə görə, razılaşma əldə edilə bilmədiyi təqdirdə Trampa təqdim ediləcək variantlar hazırlanıb.

Nazir hərbi hücumun müzakirə mövzusu olub-olmadığı ilə bağlı suala cavabında deyib: “Hər şey müzakirə mövzusudur. Bu, Prezidentin qərarıdır. Biz burada razılaşmanın əldə olunmasını təmin etmək üçünük. Düşünürəm ki, İranın yaxşı bir razılaşma əldə etməsi ağıllı olardı”.

Qeyd edək ki, ABŞ və İran nümayəndə heyətlərinin növbəti görüşü fevralın 26-da Cenevrədə keçiriləcəyi gözlənilir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər