Ukraynaya PUA hücumu davam edir
Tarix: 19-02-2026 11:25 | Bölmə: Dünya

Ukraynaya PUA hücumu davam edir

Fevralın 18-i axşam saatlarından Rusiya ordusu Ukraynaya 37 ədəd "Şahed", "Gerbera", "İtalmas" və digər tipli PUA-larla hücum edib.

Reyting.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Hərbi Hava Qüvvələri “Telegram”da yayıb.

29 PUA-nın sıradan çıxarıldığı və hücumun davam etdiyi bildirilir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər