Hər yerdə axtarılan rusiyalı İsveçdə saxlanılıb
Tarix: 19-02-2026 09:52 | Bölmə: Dünya

Hər yerdə axtarılan rusiyalı İsveçdə saxlanılıb

İsveçin Təhlükəsizlik Xidməti Stokholm şəhərində ABŞ tərəfindən beynəlxalq axtarışa verilmiş Rusiya vətəndaşını saxlayıb. Üstəlik, saxlanılan şəxsin "çox əhəmiyyətli persona" olduğu ehtimal edilir.

Reyting.az xəbər verir ki, "TV4 Nyheterna" telekanalının məlumatına görə, rusiyalı ABŞ-nın sorğusu ilə saxlanılıb. O, 2022–2023-cü illərdəki fəaliyyəti səbəbindən ABŞ-nın sanksiya rejimini pozmaqla bağlı ağır cinayətlərdə şübhəli bilinir.

İsveç hökuməti rəsmiləri, həmçinin ölkənin təhlükəsizlik xidmətinin rəhbərliyi saxlanılan Rusiya vətəndaşı barədə geniş məlumat verilməsini, adının açıqlanmasını hələlik məqsədəuyğun hesab etmirlər.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər