Omanın xarici işlər naziri Ağ Evdən Tehrana ismarışlar çatdırıb
Tarix: 20-05-2019 17:00 | Bölmə: Dünya
Omanın xarici işlər naziri Ağ Evdən Tehrana ismarışlar çatdırıb

Omanın xarici işlər naziri Yusif bin Əllavi bu gün günorta saatlarında Tehrana gəlib.

Reyting.az
“İRNA”-ya istinadla xəbər verir ki, Oman XİN-in rəhbəri ikitərəfli əlaqələri, mühüm regional və beynəlxalq problemləri müzakirə etmək üçün iranlı vəzifədaşı Məhəmməd Cavad Zəriflə görüşüb.

Əllavinin ABŞ-ın təkliflərini İrana çatdırması güman olunur.

Xatırladaq ki, Oman uzun illər diplomatik münasibətləri olmayan ABŞ və İran arasında vasitəçi olub. 2015-ci ilin nüvə sazişi də onun sayəsində baş tutub.




Bölməyə aid digər xəbərlər