20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Dunya Miyatoviç: “İŞİD-çilərin ailə üzvləri Avropaya qaytarılmalıdır”
Tarix: 29-05-2019 13:02 | Bölmə: Dünya
Dunya Miyatoviç: “İŞİD-çilərin ailə üzvləri Avropaya qaytarılmalıdır”

“Suriyadakı terrorçu döyüşçülərin ailələri mümkün qədər qısa zamanda evlərinə qayıtmalıdır”.

Reyting.az
“əl-Aləm” nəşrinə istinadla xəbər verir ki, bunu Avropa Şurasının İnsan Haqları üzrə Komissiyasının rəhbəri Dunya Miyatoviç bildirib.

Miyatoviçin sözlərinə görə, hazırda Suriyanın şimalındakı düşərgədə xeyli döyüşçü arvadı və uşaqları var. “Cenevrə Konvensiyasına uyğun olaraq, terrorçu ailələrinin böyük qismi vətənlərinə dönüb. Biz digər ölkələri də bu prosesi sürətləndirməyə çağırırıq”.

Hazırda düşərgədə 73 min insan, o cümlədən Avropa Şurası vətəndaşları var.

İsveç hökuməti bu yaxınlarda 230 İŞİD döyüşçüsünün ailə üzvünü, o cümlədən 90 uşağı Suriyadan çıxarıb. Lakin digər Avropa Şurası üzvlərinin bu prosesə fərqli baxışı var.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər