Suriyadan atılan raket Türkiyədə yaşayış evinə düşüb - Yaralılar var
Tarix: 23-07-2019 10:37 | Bölmə: Dünya
Suriyadan atılan raket Türkiyədə yaşayış evinə düşüb

Türkiyənin Şanlıurfa şəhərində yaşayış evinə raket düşüb.

Türkiyə KİV-lərinin məlumatına görə, raketin Suriya ərazisindən atıldığı ehtimal edilir.

Məlumata əsasən, insident nəticəsində 1-i uşaq olmaqla 6 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatıdırılıblar.

Bildirilir ki, 1 nəfərin vəziyyəti ağırdır.(Trend)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}