Ermənistan Xəzər İqtisadi Forumunda iştirak edəcək
Tarix: 03-08-2019 16:12 | Bölmə: Dünya
Ermənistan Xəzər İqtisadi Forumunda iştirak edəcək

Ermənistan nümayəndə heyəti avqustun 11-12-də Türkmənistanda keçiriləcək Birinci Xəzər İqtisadi Forumunda iştirak edəcək.

“Russia-armenia”ya xəbər verir ki, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan nümayəndə heyətinə başçılıq edəcək.

Bildirilib ki, forumda 1500 xarici qonaq, o cümlədən 29 beynəlxalq təşkilatı təmsil edən 50 yüksək vəzifəli nümayəndə iştirak edəcək.

Qeyd edək ki, I Xəzər İqtisadi Forumu Xəzərdə iqtisadi-ticari, sərmayə və əməkdaşlığa təkan vermək məqsədi daşıyır. Tədbirdə Azərbaycan nümayəndə heyətinin də iştirak edəcəyi gözlənilir/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}