ABŞ, Polşa və Ukrayna təhlükəsiz qaz tədarükünə dair saziş imzalayacaq
Tarix: 30-08-2019 13:15 | Bölmə: Dünya
ABŞ, Polşa və Ukrayna təhlükəsiz qaz tədarükünə dair saziş imzalayacaq

ABŞ, Polşa, Ukrayna hökumətləri arasında Varşavada qaz tədarükünə dair sazi imzalanacaq.

TASS xəbər verir ki, bu barədə Polşa hökumətinin Dövlət Himayəçilik Ofisindən bildirilib.

Məlumata görə, ofisin rəhbəri Piotr Naimskinin, ABŞ-ın enerji katibi Rik Perrinin, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Danılyukun imzalayacaq saziş Polşanın təbii qaz idxalatı infrastrukturunun, Ukraynanın qaz bazarının və ABŞ-ın maye qazının saxlanc və ixracat infrastrukturunun, habelə regionda qaz qoşulmalarının təkmilləşdirilməsi sahəsində qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Bundan əvvəl Polşanın ABŞ-dan idxal etdiyi maye qazı qaz halında Ukraynaya satacağı məlum olub/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}