CHP liderinə mitinqdə hücum olundu: "Bizi yolumuzdan çəkindirə bilməzlər"
Tarix: 08-09-2019 16:02 | Bölmə: Dünya
CHP liderinə mitinqdə hücum olundu: "Bizi yolumuzdan çəkindirə bilməzlər"

Türkiyənin Aydın vilayətində CHP lideri Kamal Kılıçdaroğluna yenə hücum edilib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlu tərəfdarları qarşısında çıxış edərkən, azan oxunub və bu zaman o, çıxışını dayandırıb.

Həmin an mitinqdə olan şəxslərdən biri tribunaya qalxaraq, Kılıçdaroğlunu yumurta atıb, onu vurmaq istəyib.

Onun CHP liderinə xəsarət yetirmək cəhdinin qarşısı alınıb.

Azandan sonra çıxışına davam edən Kılıçdaroğlu deyib ki, həmişə xalqın problemlərini səsləndirəndə, kimlərsə bundan narahat olur: “Ancaq heç kəs bizi yolumuzdan döndərə bilməz”.

Türkiyə mətbuatı hələlik hücum edənin şəxsiyyətini açıqlamasa da, onun işsiz biri olduğunu yazıb.

Xatırladaq ki, ötən il CHP liderinə Ankarada şəhid dəfnində də hücum olmuşdu. Həmin vaxt o, yumruqlanmışdı.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}