20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
ABŞ diplomatının FETÖ tərəfdarının xəbərini "bəyənmə"si gərginlik yaratdı
Tarix: 06-10-2019 17:23 | Bölmə: Dünya
ABŞ diplomatının FETÖ tərəfdarının xəbərini "bəyənmə"si gərginlik yaratdı

ABŞ-ın Ankaradakı müvəqqəti işlər vəkili Amerika Səfirliyinin hesabının "Twitter"də FETÖ tərəfdarının xəbərinə dəstək verməsinə görə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bildirilir ki, Amerika diplomatı Ceffri Hoven izahat işi üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, ABŞ səfirliyinin akkauntu sosial şəbəkədə FETÖ tərəfdarı, terrorçu Ergün Babaxanın xəbərinə bəyənmək işarəsi qoyub. Babaxan 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhddən sonra Türkiyəni tərk edib.

O, özünün "Twitter"dəki hesabında Milliyətçi Hərəkat Partiyasının lideri Devlət Baxçeli ilə bağlı düşmənçiliyi təbliğ edən xəbərlər paylaşır.

ABŞ-ın Türkiyədə səfirliyi "Twitter"də bildirib ki, terroçunun xəbərinə bəyənmək işarəsi "səhvən" qoyulub/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər